Ana səhifə Layihələr Mayak Residence

Mənzil layihələrinə baxmaq üçün blok seçməyinizi xahiş edirik :

LAYİHƏ HAQQINDA

Bakının yeni siması - Mayak Residence. Mayak Residence şəhər mərkəzinə 12 dəqiqəlik məsafədə yerləşən, Bakı şəhərinin yeni simvolu olmaqda iddialı, premium həyat standartlı, dəniz və göl mənzərəli yaşayış kompleksidir.

59 blokdan ibarət olan mega yaşayış kompleksi 4 iri massivdən ibarətdir. Ümumi 30 hektara yaxın ərazini əhatə edən şəhərciyin 7 hektar açıq, 14 hektar qapalı parkı var. Kompleks ərazisində məktəb, uşaq bağçası, açıq ticarət mərkəzi zonası, Fitness-spa mərkəzi, açıq və qapalı hovuzlar, futbol, voleybol, tennis meydançaları, 5 km.-lik kompleks daxili velosiped zolağı, meyvə bağları, piknik zonası və bir çox ictimai sosial obyektlər planlaşdırılıb.

Kone liftlər və aliminium pəncərə sistemləri ilə təchiz olunacaq binaların fasadında premium markalı daş yunu və keramoqranitdən istifadə olunacaq.

Müştərilərə hər mərtəbədə 6 mənzil olmaqla, 1, 2, 3 və 4 otaqlı əsas və studiya versiyalarda mənzillər təklif olunur. Minimum kvadrat itkisi ilə mənzillərdə sərbəst planlama, teraslı, dubleks və bağçalı mənzil seçimləri təqdim olunacaqdır.Kompleksin təqdim etdiyi xidmətlər sayəsində iş, yaşam və sosial həyatınız arasındakı tarazlığı qoruya biləcək və həyat standartınızdakı yüksəlişi hiss edəcəksiniz. Tıxac problemi yaşamadan vaxtında evinizdə olmaq həyatınızın ən böyük şansı olacaqdır.

Ətraflı məlumat üçün  📞 *4554


LAYİHƏNİN VİZUAL GÖRÜNTÜSÜ

BİZ SİZƏ ZƏNG EDƏK